30 sentyabr 2014-cü il tarixində Bakı Biznes Universitetinin kitabxanasında “Təhsildə məzmun-keyfiyyət dəyişiklikləırinin əsas istiqamətləri” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatı giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, qonaqları və tədbir iştirakçılarını salamlamış və müasir dövrdə belə təqdimatların keçirilməsinin vacibliyini vurğulamışdır. Təqdimatda məruzəçi qismində Universitetin tədris işləri üzrə prorektoru, dos. R.F.Sadıqov çıxış etmiş və təhsildə məzmun-keyfiyyət dəyişiklikləırinin əsas istiqamətləri ilə bağlı ətraflı məlumat vermişdir.
Dəvət olunan qonaqlar sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Universitetinin nümayəndələri təqdimatla bağlı öz təəssüratlarını bildirmiş, maraqlı suallarla diskussiyaya qoşulmuşlar.