10-12 oktyabr 2014-cü il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilmişdir. Ənənəvi olaraq Bakı Biznes Universiteti də sərgidə öz fəaliyyətini nümayiş etdirmişdir. Belə ki, Universitet özünün tədris, təhsildə məzmun-keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi, maddi-texniki baza, elmi-tədqiqat işi, tərbiyə, ən müasir texnologiyadan istifadə, beynəlxalq əlaqələr, tələbə asudə vaxtının təşkili ilə bağlı materiallarını sərgidə nümayiş etdirmişdir. Universitetin professor-müəllim heyətinin ən yeni nəşrləri sərgi iştirakçılarına nümayiş etdirilmişdir. Bakı Biznes Universitetinə aid bölmə ilə tanış olan Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramov Universitetin fəaliyyətinə öz razılığını bildirmişdir.