Bakı Biznes Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olundu

17 oktyabr 2014-cü il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan universitetimizin rektoru, i.e.d., prof. İ.M.Abbasov toplantı iştirakçılarını Dövlət Müstəqilliyimizin 23-cü ildönümü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir.