26 dekabr 2014-cü il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2015-ci ilin gəlişi münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Nərimanov rayonu ümumtəhsil orta məktəblərinin bir qrup şagirdləri də iştirak etmişlər. Tədbiri Universitetin rektoru, professor İ.M.Abbasov açaraq, Universitetin professor-müəllim heyəti və tələbə kontingentini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, elm, təhsil və yaradıcılıq nailiyyətlərindən bəhs etmiş, perspektivdə qarşıda duran məsələlərdən danışmışdır.
Tədbirin bədii hissəsində Universitet tələbələrinin iştirakı ilə böyük bayram konserti olmuşdur.