Hər il olduğu kimi, cari ilin fevralında da Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı Bakı Biznes Universitetində tədbirlər planı təsdiq edilmiş və soyqırımla bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 18-26 fevral tarixlərində Universitetin kitabxanası tərəfindən Xocalı soyqırımı dəhşətlərini əks etdirən sərgi-guşə təşkil edilmişdir. 21-26 fevral tarixlərində fakültələrdə soyqırıma həsr olunmuş divar qəzetləri hazırlanmışdır. 25-26 fevral tarixlərində Universitetin foyesində hər iki gün ərzində Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayişi həyata keçirilmişdir.
Fevralın 26-da Universitetdə Xocalı soyqırımına həsr olunmuş matəm mitinqi təşkil olunmuşdur. Universitetin rektoru, i.e.d.,prof. İ.M.Abbasov həmin mitinqdə Xocalı soyqırımı hadisələri ilə bağlı professor-müəllim heyəti və çoxsaylı tələbə kontingenti qarşısında ətraflı çıxış etmiş, bu dəhşətləri törədənlərə öz dərin nifrətini bildirmişdir. Matəm mitinqi Xocalı soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.