7 noyabr 2012-ci il tarixində Bakı Biznes Universitetinin akt zalında vergilər nazirinin “Beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri” üzrə müşaviri Ələkbər Məmmədovun və “Vergi ödəyicilərinə xidmət” idarəsinin rəisi Elçin Məmmədovun iştirakı ilə ünvanlı vergi xidmətləri, vergi və bərabərsizlik, vergi mədəniyyəti və vergi əxlaqının formalaşdırılması, ölkədə aparılan vergi siyasəti mövzularında müzakirələr keçirilmişdir. Görüşdə tələbələrin suallarına ətraflı cavablar verilmişdir.