27 may 2015-ci il tarixində Bakı Biznes Universitetinin rektorluğu və Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi. Görüşün məqsədi universitetlərarası münasibətləri daha da inkişaf etdirmək, elm və tədris sahəsində ikitərəfli perspektiv əlaqələrin yaradılmasından ibarət idi. Elmi Şura üzvlərinin iştirakı ilə keçirilən görüş zamanı hər iki ali təhsil müəssisələrinin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirildi. Daha sonra Universitetlər arasındakı gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi və niyyət sazişi imzalandı.