Sentyabrın 15-də Bakı Biznes Universitetinin konfrans zalında yeni – 2015/2016-cı tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Universitetin professor-müəllim heyəti, bu il tələbə adını qazananlar və onların çoxsaylı valideynləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İbad Abbasov tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, eyni zamanda, Universitetimizin fəaliyyəti, əldə etdiyi nailiyyətlər, həmçinin perspektivdə duran məsələlərlə bağlı çıxış etmişdir. Daha sonra Universitetə yüksək ballarla qəbul olmuş tələbələrə tələbə biletləri təqdim edilmişdir. Tədbir fakültə dekanlarının çıxışları ilə yekunlaşmışdır.