16-18 sentyabr 2015-ci il tarixlərində Bakı Biznes Universiteti IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında son nəşrləri ilə iştirak etmişdir. Universitetimizin nəşrləri olan dərslik, dərs vəsaiti, elmi monoqrafiya, metodik vəsait, tövsiyə, tədris proqramları, jurnallardan ibarət zəngin stendlərimiz sərgi iştirakçılarında böyük maraq yaratmışdır. Sərgidə həmçinin Bakı Biznes Universitetinin dövri mətbu orqanı olan “Audit” jurnalının da son nömrələri nümayiş etdirilmişdir. Qonaqlara və maraqlananlara BBU-nun nəşrlərindən hədiyyələr təqdim edilmişdir.