16 oktyabr 2015-ci il tarixində Bakı Biznes Universitetində “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açaraq toplantı iştirakçılarını Dövlət Müstəqilliyimizin 24-cü ildönümü münasibətilə təbrik etmişdir. O, sonra Azərbaycan Respublikasının bu günə qədər ayrı-ayrı sahələr üzrə əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Daha sonra t.e.d. İ.Ağasiyev tədbir iştirakçılarını Azərbaycanın qədim tarixini əks etdirən müxtəlif illərin xəritələri ilə tanış etmiş və Azərbaycanın ayrı-ayrı tarixi dövrlərdəki əraziləri və baş vermiş hadisələrlə bağlı məlumat vermişdir.