27 oktyabr 2015-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Tələbə gənclər ilk səsvermədə” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin rektoru i.e.d., prof. İbad Abbasov açmış, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasətindən bəhs etmiş, ölkəmizin sürətli inkişaf yolunda olduğunu qeyd etmiş və professor-müəllim heyəti və tələbələrə qarşıdan gələn parlament seçkilərinin mühüm əhəmiyyətindən danışmışdır. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu aparatının rəhbəri h.e.d., prof. İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun təqdimatına yer ayırmış, daha sonra cənab Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının təminatı istiqamətində apardığı uğurlu siyasətdən söhbət açmış, gənc nəslin ölkəmizin gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edən parlament seçkilərində fəal iştirakının vacibliyini qeyd etmişdir və bu prosesin uğurla başa çatacağını inamla bildirmişdir.
Tələbə gənclərin ilk səsverməsinin mühüm əhəmiyyətindən bəhs edən Dövlət İdarəçilik Akademiyasının “Dövlət quruculuğu və hüquq” kafedrasının müdiri Fəxrəddin Nağıyev əhatəli çıxışı ilə ölkəmizin sürətli və dinamik inkişafından bəhs etmişdir. O, çıxışında gənc nəslin-tələbələrin belə sürətli inkişafda mühüm rolunu qeyd etmiş və seçki prosesində tələbələrin yüksək əhval-ruhiyyə ilə, gələcəyə böyük inam hissi ilə aktiv iştirak edəcəklərini vurğulamışdır. O, qeyd etmişdir ki, gənclik bizim gələcəyimizdir və hesab edirik ki, onların seçimi doğru, düzgün olacaqdır. O, gənclərə seçki prosesində uğurlar diləmiş və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.
Tədbir zamanı tələbə gənclər tərəfindən verilən suallara ətraflı və geniş cavablar verilmişdir.
Tədbirin sonunda Bakı Biznes Universitetinin rektoru i.e.d., prof. İbad Abbasov qonaqlara və digər tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.