05 noyabr 2015-ci il tarixində Bakı Biznes Universitetinin kitabxanasında AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun iştirakı ilə “Neft-qaz layihələrinin icrası: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilmişdir. Tədbirə dəvət olunmuş qonaqlar, professor-müəllim heyəti və tələbələr professor K.Kərimovun erməni faşizminə öz nifrətini təcəssüm etdirən əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., professor İ.M.Abbbasov açaraq iştirakçıları salamlamış və mövzunun aktuallığından bəhs etmişdir. Tədbirdə AMEA-nın müxbir üzvü K.Kərimov neft-qaz layihələrinin icrasında reallıqlar və perspektivlərdən söz açmış, Azərbaycanda geofizika ilə əlaqədar tədqiqatlardan bəhs etmişdir. O, eyni zamanda neft-qaz sənayesi, enerji daşıyıcıları sahəsində elmi tədqiqatların aktuallığından danışmış və professor-müəllim heyəti və tələbələr tərəfindən verilən sualları ətraflı cavablandırmışdır. Tədbirin sonunda Universitetin rektoru, i.e.d., professor İ.M.Abbasov AMEA-nın müxbir üzvü, professor K.Kərimova təşəkkürünü bildirmiş və belə tədbirlərin gələcəkdə də tez-tez keçirilməsinin vacibliyini vurğulamışdır.