Bakı Biznes Universitetində “Vətənpərvərlik gəncliyin amalıdır” mövzusunda tədbir keçirilmişdir

26 noyabr 2012-ci il tarixində Bakı Biznes Universitetin akt zalında publisist, nasir, jurnalistlər birliyinin üzvü, Azərbaycan yazıçılar birliyinin üzvü, H. Zərdabi adına mükafatın laureatı Şəmistan Nəzirli və müğənni, hərbi-vətənpərvərlik mövzusunda mahnıların ifaçısı Şəmistan Əlizamanlı ilə “Vətənpərvərlik gəncliyin amalıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Universitetin rektoru, professor İ.M. Abbasov açaraq qonaqları salamlamış, hazırda hərbi-vətənpərvərlik mövzusunda belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. Tədbirdə çıxış edən Şəmistan Nəzirli Azərbaycan generallarının həyat və fəaliyyətindən maraqlı söhbət açmış, verilən sualları ətraflı cavablandırmışdır. Tədbir Şəmistan Əlizamanlının ifasında hərbi-vətənpərvərlik mahnıları ilə başa çatmışdır.