17 noyabr 2015-ci il tarixində Bakı Biznes Universitetinin kitabxanasında Yasamal Rayonu İcra Hakimiyyəti və Azərbaycan Milli QHT Forumu (MQF) tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov tədbir iştirakçılarını salamlamış və belə tədbirlər vasitəsilə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd etmişdir. Tədbirdə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər tədqiqatçı-alimlər mövzu ilə bağlı maraqlı çıxışlar etmişlər. Sonra tələbə gənclər tərəfindən ünvanlanan suallara ətraflı cavablar verilmişdir.