18 noyabr 2015-ci il tarixində Bakı Biznes Universitetində “Beynəlxalq iqtisadi əlaqələr və Azərbaycanın inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti və digər ali təhsil müəssisələrindən, elm ocaqlarından alim-tədqiqatçılar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi əlaqələrinin yüksək inkişaf dinamikasından bəhs etmişdir. Konfransda məruzələr ətrafında maraqlı çıxışlar edilmiş, verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.