Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2016-cı ilin gəlişi ilə bağlı 25 dekabr 2015-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında möhtəşəm tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov professor-müəllim heyəti və çoxsaylı tələbələri qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, Universitetin elm, təhsil və yaradıcılıq nailiyyətlərindən bəhs etmiş, perspektivdə qarşıda duran məsələlərdən danışmışdır.
Tədbirin bədii hissəsində Universitet tələbələrinin və özfəaliyyət kollektivlərinin iştirakı ilə böyük bayram konserti olmuşdur.