Bakı Biznes Universitetində “20 yanvar” faciəsinin 26-cı ildönümü qeyd olundu

19-20 yanvar 2016-cı il tarixlərində “20 yanvar” faciəsinin 26-cı ildönümü ilə bağlı Bakı Biznes Universitetində tədbirlər keçirilmişdir. Belə ki, 19 yanvar tarixində Universitetdə faciə qurbanlarına həsr olunmuş sərgi təşkil edilmişdir. Həmçinin yanvarın 19-da Universitetimizin konfrans zalında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə şəhidlərə həsr olunmuş anım tədbirində giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M. Abbasov çıxış edərək “Qanlı Yanvar” hadisələrindən tədbir iştirakçılarını məlumatlandırmışdır. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.  Daha sonra “20 yanvar” faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Yanvarın 20-də BBU-nun professor-müəllim heyəti və tələbələri metronun "20 Yanvar" stansiyasının yaxınlığında şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi qarşısında təşkil olunmuş matəm mitinqində iştirak etmişlər və abidə önünə əklil və gül dəstələri qoymuşlar.