31 mart 2016-cı il tarixində Bakı Biznes Universitetində “31 mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış və soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Sonra o, soyqırımla bağlı tarixi faktlara istinadən ətraflı çıxış etmiş və tədbir iştirakçılarını xalqımıza qarşı törədilən bu ölçüyəgəlməz qırğınlar haqqında geniş məlumat vermişdir. Daha sonra toplantı iştirakçılarına “Soyqırım” sənədli filmi nümayiş etdirilmişdir.