Bakı Biznes Universiteti 20 illik yubileyi ərəfəsində

Bakı Biznes Universitetinin 20 illik yubileyi ərəfəsində Universitetdə Ulu Öndər Heydər Əliyevin büstünün açılışına hazırlıq işləri başa çatmaqdadır. Ulu Öndər Heydər Əliyevin büstünün açılışı Universitetin 20 illik yubileyinə planlaşdırılır.

Bakı Biznes Universitetində 20 illik yubileylə bağlı elektron kitabxananın son tamamlanma işləri başa çatdırılmışdır. Elektron kitabxana üçün lazımi avadanlıq və texniki vəsait alınmış, quraşdırma işləri həyata keçirilmişdir. Kitabxanada professor-müəllim heyəti və tələbələrin nəinki ölkədaxili, hətta dünyanın bir sıra kitabxanaları ilə qarşılıqlı əlaqədə lazımi ədəbiyyatla təmin olunmasına şərait yaradılacaqdır.

Bakı Biznes Universitetinin 20 illik yubileyi ərəfəsində Universitetin tarixi muzeyinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, muzeyin fondu və ekspozisiyası üçün müvafiq yer ayrılmışdır. Muzeyin açılışı Universitetin 20 illik yubileyinə planlaşdırılır.