07-09 oktyabr 2016-cı il tarixlərində Bakı Biznes Universiteti ənənəvi olaraq Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir. Sərgidə Universitetimizi təmsil edən stenddə tədrisdə, təhsildə əldə etdiyimiz uğurlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, elmi-tədqiqat işi, tərbiyə, müasir texnologiyadan istifadə, beynəlxalq əlaqələr, tələbə asudə vaxtının təşkili ilə bağlı materiallarını öz əksini tapmışdır. Eyni zamanda Universitetin ən son nəşrlərindən ibarət stendlər sərgi iştirakçılarına nümayiş etdirilmişdir. Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramov Bakı Biznes Universitetinə aid bölmə ilə tanış olmuş, Universitetin fəaliyyəti ilə bağlı razılığını bildirmişdir.