18 oktyabr 2016-cı il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə Yasamal rayonunun bir qrup məktəbliləri də iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov Dövlət Müstəqilliyimizin 25 illiyi münasibətilə toplantı iştirakçılarını təbrik etmiş və Azərbaycan Respublikasının bu illərdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Əbədi müstəqillik” sənədli filmi nümayiş etdirildi.