Bakı Biznes Universitetinin 24-cü ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

Universitetimizin yaranmasının 24-cü ildönümü və Novruz Bayramının gəlişi münasibətilə 13 mart 2017-ci il tarixində Bakı Biznes Universitetinin akt zalında möhtəşəm bayram tədbiri keçirilmişdir. Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını - həm Universitetin professor-müəllim heyətini, tələbələrini, həm də dəvət edilən Yasamal rayon məktəblilərini salamlamış, bayram münasibətilə təbrik etmiş, Universitetin 24 il ərzində əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Daha sonra qruplar arasında keçirilən xonça müsabiqəsinin qaliblərinə, Universitetin idmançılarına və elmi yaradıcılıqda uğurlar qazanmış tələbələrə diplomlar təqdim edilmişdir. Tədbirdə Universitetimizin özfəaliyyət kollektivləri və peşəkar yaradıcı-musiqiçilər geniş bədii proqramla çıxış etmişlər.