07 mart 2017-ci il tarixində Bakı Biznes Universitetinin akt zalında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov qadınları bayram münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Daha sonra qadın əməkdaşlara hədiyyələr təqdim edilmişdir. Tədbir bayram konserti ilə başa çatmışdır.