Mart ayının 31-də Bakı Biznes Universitetinin konfrans zalında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir. Daha sonra Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov 31 mart soyqırımı hadisələrindən bəhs etmiş, soyqırımla bağlı tarixi faktları elmi xronologiya ilə vermişdir. Tədbirin sonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.