04-05 may 2017-ci il tarixində Bakı Bıznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Səmərəli islahatların uğurlu nəticələri: reallıqlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın məqsədi yerli və xarici mütəxəssislərin, alimlərin, ictimai xadimlərin, investorların və digər maraqlı tərəflərin iştirakı ilə mövzu ətrafında müzakirələr təşkil etmək, innovativ fikirlərləri paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, konfrans iştirakçılarını salamlayaraq onun fəaliyyətinə uğurlar diləmiş və konfransın aktuallığı, mahiyyəti, məzmununu əhatə edən istiqamətləri haqqında öz fikirlərini bildirmişdir.
Tədbirdə 7 xarici ölkənin tanınmış universitetlərinin nüfuzlu nümayəndələri, o cümlədən, İtaliya Respublikası, Rusiya Federasiyası, Rumıniya, Litva Respublikası, Latviya Respublikası, Ukrayna, Gürcüstanın və Respublikamızın iqtisad elmində özünəməxsus xüsusi çəkiyə malik olan ziyalıları, alimləri, tədqiqatçıları, mütəxəssisləri, siyasi partiyaların nümayəndələri, o cümlədən Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə; Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev; Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, Əməkdar elm xadimi Əli Nuriyev və digər tanınmış şəxslər iştirak etmişlər.
Konfransda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən, Azərbaycan Respublikasının dövlətçiliyində onun xidmətlərindən, bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edildi.
Plenar iclasından sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.