02 may tarixində Bakı Biznes Universitetində Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüd proqramı barədə məlumat xarakteri daşıyan tədbir keçirilmişdir. Tədbirdə DAAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri və akademik müşaviri iştirak etmişlər. Tədbir zamanı Bakı Biznes Universitetinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alan tələbələrinə DAAD təqaüdləri, müxtəlif mübadilə və tədqiqat proqramları, tam ali təhsil barədə məlumatlar verilmiş, tələbələrin sualları cavablandırılmışdır.