Latviya
01-05 may tarixlərində Latviyanın Vidzeme Tətbiqi Elmlər Universitetinin mühasibatlıq şöbəsinin 4 əməkdaşı – İnita Sakne, Liqa Zarina, İveta Skrinda və Evija Lubnevska Erasmus+ proqramı çərçivəsində Bakı Biznes Universitetinin qonağı olmuşlar. Qeyd olunan müddət ərzində latviyalı qonaqlar Universitetimizin “Mühasibat uçotu və audit” kafedrası və Mühasibatlıq şöbəsi ilə görüşlər keçirmiş və müxtəlif fikir mübadilələri aparmışlar.
Litva
01-05 may tarixlərində Litvanın SMK Tətbiqi Elmlər Universitetinin əməkdaşı Diana Garlitska Erasmus+ müəllim mübadiləsi proqramı çərçivəsində Bakı Biznes Universitetində işgüzar səfərdə olmuş və Universitetin bakalavrat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün “Dayanıqlı biznes və korporativ sosial məsuliyyət” mövzusunda mühazirə ilə çıxış etmişdir.
Rumıniya
04-11 may tarixlərində Rumıniyanın Babeş-Bolyai Universitetinin dosenti Marius Gavriletea Erasmus+ müəllim mübadiləsi proqramı çərçivəsində Bakı Biznes Universitetində işgüzar səfərdə olmuş və Universitetin bakalavrat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün “Sığorta istehlakçılarının psixologiyası” mövzusunda mühazirə ilə çıxış etmişdir.