12 may 2017-ci il tarixində Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsoungas, səfirliyin konsulu Konstantinos Adamopoulas və Enerji, ticarət, investisiya və iqtisadi şöbəsinin rəhbəri Vassilios Sitaras Bakı Biznes Universitetinin qonağı olmuşlar. Universitetin rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında olan dostluq münasibətlərindən söz açılmış, xüsusi ilə təhsil və elm sahəsində əməkdaşlıq üçün yüksək potensialın olduğu qeyd edilmişdir. Cənab səfirə Bakı Biznes Universiteti ilə Yunanıstanın ən böyük dövlət universitetləri olan Aristotel Universiteti və Aleksandr adına Texniki Elmlər Universiteti ilə əməkdaşlıq barədə məlumat verilmiş, eləcə də Universitetin qarşısında duran strateji planlar barədə məlumatlar çatdırılmışdır. Səfirlik nümayəndələri, hər iki ölkə universitetləri arasında elm və təhsil sahəsində gələcək münasibətlərin daha da genişlənməsində səylərini əsirgəməyəcəklərini ifadə etmişlər. Görüşdən sonra Yunanıstan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər nümayəndələr Bakı Biznes Universitetinin maddi-texniki bazası və auditoriyaları ilə yaxından tanış olmuş və bu səfərin onlarda müsbət təəssüratlar oyatdığını qeyd etmişlər.