28 may – Respublika Günü münasibətilə tədbir

28 may – Respublika Günü münasibətilə Bakı Biznes Universitetində 26 may 2017-ci il tarixində təntənəli tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov Azərbaycan xalqının milli bayramı – Respublika Günü münasibətilə professor-müəllim heyəti və tələbələri təbrik etmişdir. O, doxsan doqquz il əvvəl yaranan Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyətindən bəhs etmişdir.

Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi öz bədii yaradıcılıq nümunələri ilə çıxış etmişlər.