03 oktyabr 2017-ci il tarixində YAP Yasamal rayon təşkilatının H.Zərdabi küçəsi, 88a ünvanında yerləşən ərazi ilk partiya təşkilatı tərəfindən Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov açaraq toplantı iştirakçılarına tədbirin əhəmiyyətindən bəhs etmişdir.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov zəmanəmizin ən nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının 25 illik tarixi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi. O, bildirdi ki, Azərbaycanın Respublikasının ağır böhran şəraitində olduğu bir vaxtda xalqın iradəsi və təkidi ilə Ulu Öndər Heydər Əliyevin yenidən Respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifələrindəndir. Qeyd olundu ki, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verdi. Bu proseslərdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğu təsdiq edildi.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatı sədrinin müavini, Universitetimizin rektoru, i.e.d., prof. İbad Abbasov YAP-ın müasir tariximizin şərəfli salnaməsini təşkil etdiyini bildirdi. O, 25 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətimizin və insanların rifahının yüksəlməsindən danışdı. Bildirildi ki, əldə edilən uğurlar Azərbaycanın gələcəyinin daha parlaq olacağına gözəl zəmin yaradır.