06-08 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ənənəvi olaraq Bakı Biznes Universiteti iştirak etmişdir. Sərgidə Universitetimizə aid bölmədə tədrisdə, təhsildə əldə olunan uğurlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, elmi-tədqiqat işi, tərbiyə, müasir texnologiyalardan istifadə, beynəlxalq əlaqələr, tələbələrin asudə vaxtının təşkili ilə bağlı materiallar sərgi iştirakçılarına nümayiş etdirilmişdir. öz əksini tapmışdır. Eyni zamanda Universitetin ən son nəşrlərindən ibarət stendlər də ziyarətçilərə təqdim edilmişdir. Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov Bakı Biznes Universitetinə aid bölmə ilə yaxından tanış olmuş və Universitetin fəaliyyəti ilə bağlı razılığını bildirmişdir.