18 oktyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbiri giriş sözü ilə rektor, i.e.d., prof. İ.M.Abbasov açmış, Dövlət Müstəqilliyimizin 26 illiyi münasibətilə toplantı iştirakçılarını, həmçinin dəvət edilmiş Nərimanov rayonunun bir qrup məktəblisini təbrik etmiş və Azərbaycan Respublikasının bu illərdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Dövlət Müstəqilliyinin 26 illiyinə həsr olunmuş Universitetimizin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə bədii proqram olmuşdur.