06 noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “09 noyabr – Dövlət Bayrağı Günü” və “12 noyabr – Konstitusiya Günü”nə həsr edilmiş “Azərbaycan Respublikasının Konstitusiyası – Dövlət Müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda maarifləndirici mühazirə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə Universitetin prorektoru dos. Sabir Əmirxanov açaraq tədbir iştirakçılarını salamlamış və belə tədbirlərin Universitetdə ənənəvi xarakter aldığını qeyd etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, h.e.d., prof. İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs etdi. Daha sonra Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov “Azərbaycan Respublikasının Konstitusiyası – Dövlət Müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda mühazirə söyləmişdir. Mövzu ilə əlaqədar tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı.