Fevral ayının 26-da Bakı Biznes Universitetinin konfrans zalında Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir. Daha sonra Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov Xocalı soyqırımı hadisələrindən bəhs etmiş, bu dəhşətləri törədənlərə öz dərin nifrətini bildirmişdir. Tədbirin sonunda Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında Xocalı soyqırımına həsr olunmuş “Əsgər papağı” tamaşası göstərilmişdir.
Eyni zamanda fevralın 26-da çoxsaylı professor-müəllim və tələbə heyəti “Ana fəryadı” abidəsi önündə əklilqoyma mərasimində iştirak etmişdir.