21 fevral 2018-ci il tarixində Bakı Biznes Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında mədəni-mənəvi dəyərlərin inkişaf strategiyası” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin prorektoru, dosent Sabir Əmirxanov açmış, tədbir iştirakçılarını salamlamış və konfransın aktuallığı ilə bağlı müvafiq şərhlər vermişdir. Sonra AMEA-nın Fəlsəfə İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Biznes Universitetinin alim-tədqiqatçıları tərəfindən Azərbaycan Respublikasında mədəni-mənəvi dəyərlərin inkişaf strategiyası, müasir Azərbaycan Cəmiyyətində milli ideya və milli kimlik problemi, Azərbaycanda milli-mənəvi dəyərlər və onların inkişaf perspektivləri, davamlı inkişaf kontekstində din və mənəviyyat, mənəvi dəyərlərin inkişafında adət və ənənələrin yeri və digər mövzular ətrafında geniş müzakirələr keçirildi.