07 mart 2018-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü Universitetin rektoru, professor İbad Abbasov açaraq qadınları bayram münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Daha sonra qadın əməkdaşlara hədiyyələr təqdim edilmişdir. Tədbir Universitet bədii-yaradıcılıq kollektivlərinin iştirakı ilə hazırlanan bayram konserti ilə davam etmişdir.