Bakı Biznes Universitetinin 25-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

Bakı Biznes Universitetinin yaradılmasının 25-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə 13 mart 2018-ci il tarixində Bakı Biznes Universitetinin akt zalında təntənəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, professor İbad Abbasov açaraq tədbir iştirakçılarını, o cümlədən dəvət olunan Yasamal rayonunun bir qrup məktəblilərini salamlamış, yubiley və bayram münasibətilə təbrik etmiş, Universitetin 25 il ərzində tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Daha sonra fakültələr arasında keçirilən xonça müsabiqəsinin qaliblərinə, Universitetin idmançılarına və elmi yaradıcılıqda uğurlar qazanmış tələbələrə diplomlar təqdim edildi. Tədbirdə Universitetimizin özfəaliyyət kollektivləri və peşəkar yaradıcı-musiqiçilər geniş bədii proqramla çıxış etdilər.