Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində 24-27 sentyabr 2018-ci il tarixində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilmişdir. Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqramda Koordinatorlar tərəfindən universitetlərin struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avropa Birliyi tərəfindən maliyyələşdirilən 3 illik layihənin əhəmiyyəti və mahiyyəti barədə məlumat verildi. Layihə koordinatoru tərəfindən bildirildi ki, layihənin əsas məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır. Bakı Biznes Universitetinin nümayəndələri yekun olaraq universitetlərdə yaradılmış keyfiyyət təminatı mərkəzlərində monitorinq yoxlamalar aparmış və hər universitetə layihədə nəzərdə tutulmuş 2 ədəd kompüter təqdim olunmuşdur.