15-19 noyabr 2018-ci il tarixlərində Polşanın Bıdqoş İqtisadiyyat Universitetinin Turizm və İqtisadiyyat şöbəsinin müdiri xanım Joanna Kosmaczevska Avropa Birliyinin Erasmus+ mübadilə proqramı çərçivəsində Bakı Biznes Universitetinin qonağı olmuşdur. Səfər çərçivəsində Universitetin Beynəlxalq əlaqələr şöbəsi, Dillər kafedrası, Keyfiyyətə Nəzarət şöbəsi ilə görüşlər təşkil edilmişdir. Görüşlərdə Erasmus+ tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq beynəlxalq layihələrin işlənilməsi, ikili diplom üzrə əməkdaşlıq məsələləri, ortaq yay məktəblərinin təşkil edilməsi və sair gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.