Bakı Biznes Universiteti 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul elan edir

 

 

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2018/2019-cu tədris ili üçün “İqtisad elmləri” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru üzrə doktoranturaya qəbul elan edir:

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Doktoranturaya qəbul planı

Cəmi

ödənişli əsaslarla

əyani

qiyabi

5303.01

 Mühasibat uçotu

3

2

1

5308.01

 Ümumi iqtisadiyyat

2

1

1

5312.01

 Sahə iqtisadiyyatı

2

1

1

 

Cəmi:

7

4

3

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsilin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir :

  • Rektorun adına ərizə
  • Kadrların şəxsi-qeydiyyat vərəqi
  • Tərcümeyi-hal
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
  • İş yerindən xasiyyətnamə
  • Əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün)
  • Çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavriat və magistratura səviyyələri üzrə diplomların surətləri və diploma əlavə) notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil barəsində sənədlərin tanınması haqqında şəhadətnamə)
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Xarici dil biliklərinə dair beynəlxalq sertifikat (əgər varsa)

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla) və fəlsəfədən ali təhsilin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramı həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya daxil olmaq istəyənlər nəzərdə tutulan elmi rəhbərlərinin razılıq məktubunu təqdim etməlidirlər. Qəbul komissiyası müsahibənin nəticələri, referata verilən rəy və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına buraxılmaq haqqında qərar qəbul edir. Doktoranturaya daxil olmaq istəyənlərə imtahanlara buraxılmaq haqqında bildiriş verilir və bu bildiriş iş yerindən əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsi üçün əsas sayılır.

Doktoranturaya sənədlər elan dərc olunduğu gündən 2019-cu il yanvarın 07-nə qədər şənbə, bazar və istirahət günlərindən başqa hər gün saat 09:00-dan 17:00-a kimi Bakı Biznes Universitetinin “Doktorantura və magistratura şöbəsi”ndə qəbul edilir.

Əlaqə tel.: (+99412) 431-91-18 (dax. 123)

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

REKTORLUQ