12 dekabr 2018-ci il tarixində Bakı Biznes Universitetində Ulu Öndər Heydər Əliyeyin anım mərasimi qeyd olunmuşdur. Mərasimdə Universitetin prorektoru, dos. Sabir Əmirxanov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Dövləti və Azərbaycan Xalqı qarşısında misilsiz xidmətlərindən, dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən söhbət açmışdır. Onun siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin dünya miqyasında apardığı balanslı siyasətin uğurlarının qazandığı təkzib edilməz faktlara toxunulmuşdur.
Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.