18 mart 2019-cu il tarixində Bakı Biznes Universitetinin və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Universitetin kitabxanasında “Elm günü”nə həsr olunmuş “İqtisad elmində müasir dövrün çağırışları” mövzusunda elmi seminar keçirilmişdir. Tədbirdə Respublikanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, alim və mütəxəssislər iştirak etmişlər.
Seminarı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov açaraq tədbir iştirakçılarını salamladı və seminarın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs etdi.
Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov, AMEA-nın müxbir üzvü i.e.d., professor Akif Musayev, Bakı Biznes Universitetinin kafedra müdiri, i.e.d., professor Səlim Müslümov və tanınmış alim-tədqiqatçılar mövzu ətrafında maraqlı məruzələr etdilər. Seminar mövzu ətrafında müzakirələrlə öz işini davam etdirdi.