Bakı Biznes Universitetinin 26-cı ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

13 mart 2019-cu il tarixində Bakı Biznes Universitetində “Novruz Bayramı” və Universitetin yaradılmasının 26 illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor İbad Abbasov kollektivi və tələbələri Novruzun gəlişi və Bakı Biznes Universitetin yaradılmasının 26 illiyi munasibətilə ürəkdən təbrik etmiş və Universitetinin  keçdiyi yola böyük qürur və sayğı ilə nəzər salmışdır. Universitetin qazandığı uğurlar kollektivin hər bir üzvünü sevindirir. Məzunlarımızın sorağı ən yüksək, məsuliyyətli tribunalardan gəlir. Bakı Biznes Universiteti artıq əsl mənada elm-təhsil məbədinə çevrilmişdir. Universitet təhsilimizi neçə-neçə xarici ölkələrdə təhsil alan tələbələrimizin vasitəsilə uğurla təmsil edir. Daha sonra fakültələr arasında keçirilən xonça müsabiqəsinin qaliblərinə, Universitetin idmançılarına və elmi yaradıcılıqda uğurlar qazanmış tələbələrə diplomlar təqdim edildi. Hər il olduğu kimi bu il də Novruzun gəlişi və Universitetin 26 illiyi təntənə ilə qeyd edilir.