18 yanvar 2019-cu il tarixində Bakı Biznes Universitetində “20 yanvar” faciəsi ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, “20 yanvar” şəhidlərinə həsr olunmuş sərgi təşkil edilmiş, bütün qrup və kurslarda faciə ilə bağlı maarifləndirici söhbətlər aparılmış və anım toplantısı təşkil edilmişdir. Toplantını giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov açmış və 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılmışdır. Sonra faciənin mahiyyəti və məzmunu ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verilmişdir.
Yanvarın 20-də isə ənənəvi olaraq Bakı Biznes Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi qarşısında Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal Rayon Təşkilatı və rayon ictimaiyyəti ilə birlikdə təşkil olunmuş anım mərasimində iştirak etmişlər və abidə önünə əklil və gül dəstələri qoyulmuşdur.