Bakı Biznes Universitetində “Bilik günü”

16 sentyabr 2019-cu il tarixində Bakı Biznes Universitetində “Bilik günü” təntənəli şəkildə qeyd edilmişdir. Tədbir Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun təbrik nitqi ilə başlamışdır. Rektor tələbələri və valideynləri salamlamış, Universitetin uğurlu fəaliyyəti haqqında məlumat vermiş, yeni tələbə adını qazananları isə səmimi qəlbdən təbrik edərək onlara təhsil həyatlarında uğurlar arzulamış və öz faydalı nəsihətlərini vermişdir. Daha sonra Universitetə yüksək balla qəbul olunan və təhsil haqqlarına müvafiq güzəştlər edilən bakalavrlara rektor tərəfindən qiymətli hədiyyə kartları və tələbə biletləri təqdim edilmişdir. Sonda ən yüksək bal toplayan 2 abituriyent - Ağaşirinov Dəniz və Alekperova Fidan çıxış edərək öz tələbə yoldaşlarını təbrik etmiş və Bakı Biznes Universiteti haqqında fikirlərini bölüşmüşlər.