10 oktyabr 2019-cu ildə Azərbaycan Sığortaçılar Assosasiyası rəhbərliyi və "Standard Sığorta" şirkətinin nümayəndələri ilə Bakı Biznes Universitetində tələbələrlə görüş təşkil edilmişdir. Görüşün məqsədi "Karyerada ilk addımlar" adı altında tələbələrin gələcək karyeraların düzgün qurmasına istiqamət vermək olmuşdur. Azərbaycanda sığorta bazarında mövcud vəziyyət haqqında tələbələrlə müzakirələr aparılmışdır. Görüşdə tələbələrin işə qəbul olunması məsələsi müzakirə olmuşdur. Sığorta sahəsində karyerasını qurmaq istəyən tələbələrə hazırda olan vakansiyalar barədə məlumatlar verilmiş və tələbələrdən CV-lər qəbul edilmişdir.
Görüşün sonunda "Standard Sığorta" şirkətinin idarə heyətinin sədri Anar Sadıxov bildirmişdir ki, belə görüşlər davamlı olaraq keçiriləcək və növbəti mərhələdə şirkət mütəxəssisləri Bakı Biznes Universitetinin tələbələri ilə öz təcrübələrini bölüşəcəklər.