18 oktyabr 2019-cu il tarixində Bakı Biznes Universitetinin konfrans zalında “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq Azərbaycan Cümhuriyyəti dövründəki fəaliyyət və müstəqilliyin bərpasından sonrakı illərdə siyasi, iqtisadi və hərbi sahələrdəki inkişafından bəhs etdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizin daha da qüdrətli, daha da gözəl ölkə kimi öz nüfuzunu gündən-günə artırdığını vurğuladı.
Tədbir Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə bayram konserti ilə davam etdirildi.