06 dekabr 2019-cu il tarixində Bakı Biznes Universitetinin təşəbbüsü, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Aktuar Assosiasiyası və “Standard İnsurance” ASC-in təşkilatçılığı ilə tədrisin keyfiyyətinin yüksəldilməsi və Əmək bazarında yeni peşə ixtisaslı kadrlara olan ehtiyacın təmin edilməsi məqsədilə Bakı Biznes Universitetində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov, AMEA-nın mübir üzvi i.e.d., professor Akif Musayev, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin sədri Azər Əliyev, “Standard İnsurance” ASC-nin idarə heyətinin sədri Anar Sadıxov, “Rəvan Sığorta” ASC-nin, “PAŞA Həyat” sığorta ASC-nin, “AtaSığorta” ASC-nin, “AZSIĞORTA” ASC-nin, “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin, “İpək Yolu Sığorta” ASC-nin, “AXA MBASK” ASC-nin, “Azərbaycan Sənaye Sığorta” ASC-nin, “Bakı Sığorta” ASC-nin, “AzRe Təkrarsığorta” ASC-nin, “Qala Həyat” Sığorta Şirkəti ASC-nin, AzərSığorta DSKŞ-ın və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin nümayəndələri iştirak etmişdir. Dəyirmi masanın təşkil olunmasında əsas məqsəd sığorta təşkilatları ilə Bakı Biznes Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi və aktuari hazırlığı məsələlərinin müzakirəsi olmuşdur. Bakı Biznes Universitetinin tələbə və məzunlarının sığorta şirkətlərində təcrübə keçməsi, onların bilik və bacarıqlarının artırılması ilə bağlı geniş müzakirələr aparılmışdır.