03 dekabr 2019-cu il tarixində Bakı Biznes Universitetində Azərbaycan xalqının çoxəsirlik ənənələrə malik, bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində universitetin professor-müəllim heyəti, tələbələri və qonaqlar iştirak ediblər.