Bugün Bakı Biznes Universitetində 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov açmış, Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmışdır. Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı törədilən misli görünməmiş qətliamla bağlı ətraflı məlumatlar verdi. Anım mərasimi “Qanlı 20 Yanvar” mövzusunda bədii kompozisiya ilə sona çatdı.